Ərkivanı zülmətə qərq edən kimdir? - VİDEO

Ərkivanı zülmətə qərq edən kimdir? - VİDEO
  • Masallı / Araşdırma / Sosial

  • Respublikanın ən böyük yaşayış məskənlərindən sayılan Masallı rayonunun Ərkivan qəsəbəsi bir ilə yaxındır ki, zülmətə qərq olub. Yardımlı-Masallı yolunun Masallı şəhərindən Ərkivan dairəsinə kimi, Ərkivan dairəsindən Şəhid baş leytenant Sahib Şirəliyev küçəsinə qədər olan hissəsi qəsəbənin mərkəzi küçəsi sayılır. İki şəhid bulağı, bir şəhidin ev muzeyi, uşaq bağçası, orta məktəb, onlarla market, iaşə obyektin yerləşdiyi 3 km uzunluğunda olan bu yolda işıqlandırma iflic vəziyyətdədir. 

    Yol boyu işıq dirəkləri olsa da istismar müddəti başa çatan lampaları dəyişdirən yoxdur. Bu işə məsul idarə Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyidir (MKTİİ). 

    Məsələ ilə əlaqədar Asiya.az-ın əməkdaşı el arasında “komxoz” deyilən  Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevlə əlaqə saxlayıb. Məhərrəm müəllim xarab olan lampaları dəyişmək üçün texnikalarının olmadığını deyərək, 2024-cü ilə kimi səbrli olmağı, tender udan şirkətin Ərkivan qəsəbəsində lampaları dəyicəyini bildirib. 

    Məşhur nağılda ya it hürən tərəfə, ya da işıq gələn tərəfə getmək seçimi var idi. Məhərrəm müəllim isə bizi işıqsız qoyduğu üçün hər yerdə itlərlə qarşılaşırıq. O itlər ki, qaralıq küçələrdə qalaqlanan zibilləri eşələyirlər. Axı bir aydan çoxdur “komxoz”un süpürgəçiləri məlum olmayan səbəblərdən Ərkivanda xidmət göstərdikləri ərazilərə göndərilmir. Bu səbəbdən qəsəbə küçələri də zibil içindədir. 

    Məhərrəm müəllimin Ərkivan qəsəbəsi ilə düşmənliyinin səbəbini bilməsək də, bu biabırçılığın 2024-cü ilə kimi davam etməsini istəmirik.

    Qəsəbə sakini Cəfər Cəfərov,

    Asiya.az

     
    PAYLAŞ:

    Oxşar xəbərlər