“Ərkivan” Futbol Klubu 7 oyuna, 7 qələbə qazandı

“Ərkivan” Futbol Klubu 7 oyuna, 7 qələbə qazandı
  • İdman

  • Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının növbəti turuna yekun vurulub.

    Asiya.az xəbər verir ki, Ərkivan qəsəbə mərkəzi stadionunda Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol komandası Bakının “CİTY” komandası ilə qarşılaşıb.

    Gərgin mübarizə şəraitində davam edən qarşılaşma Masallı idmançılarının üstünlüyü ilə yekunlaşıb. Belə ki, “Ərkivan” FK, Bakının “CİTY” komandası üzərində 7:0 hesabla qələbə qazanıb.

    Qeyd edək ki, “Ərkivan” FK yeddinci turdan sonra “B” qrupunda 21 xalla liderliyini qoruyur.
    PAYLAŞ:

    Oxşar xəbərlər