
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən ayrı-ayrı bağlamalarda qablaşdırılmış ümimilikdə 20 kiloqram marixuana və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Bundan əlavə, şəxsi axtarış zamanı S.Səmədovanın üzrərindən metamfetamin aşkarlanıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

