Həmkarları Məşhur Məmmədovu yubiley yaşı münasibətilə təbrik etdilər

Həmkarları Məşhur Məmmədovu yubiley yaşı münasibətilə təbrik etdilər
  • Cəmiyyət / Araşdırma

  • 4 oktyabr Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri,  “Tərəqqi” medallı, “Şöhrət” ordenli milllət vəkili Məşhur Məmmədovun doğum günüdür.


    60 illik yubiley yaşını qeyd edən millət vəkilini əlamətdar günü münasibətilə bir qrup həmkarları təbrik edib.


    Asiya.az millət vəkillərinin təbrik mesajlarını təqdim edir:



    Anar İsgəndərov,

    Milli Məclisin deputatı, 

    tarix elmləri doktoru, professor

    2023-cü il oktyabrın 4-də deputat həmkarım, Masallının vətənpərvər  oğlu, ziyalı və xeyriyyəçi Məşhur Məmmədovun  60 yaşı tamam olur. Məşhur müəllimi şəxsən tanıdığım üçün onun haqqında danışmağa və yazmağa haqqı olanlardanam.       Məşhur müəllim Milli Məclisdə qanunların müzakirəsi və qəbulunda fəal iştirak edir, verdiyi  təkliflər maraqla qarşılanır, seçiciləri ilə daim təmasda olur, onların xahiş və istəklərinə xüsusi həssaslıqla yanaşır. 

    Məşhur müəllimin övladları da atalarının xeyirxah işlərini uğurla davam etdirirlər və Masallının mərkəzində müasir tələblərə cavab verən iki yaraşıqlı bağçanı körpə fidanların istifadəsinə verdilər.

    Məşhur  müəllim ali təhsilin qızlar üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Masallının Təhsil Fondunu təşkil etdi. Hər il ali məktəblərin pedaqoji fakültələrinə daxil olan qızların illik ödənişləri və aylıq təqaüdləri Fond tərəfindən ödənilir. Hazırda bu tələbələrin sayı bir neçə yüz nəfərdir. Mənə belə gəlir ki, Məşhur müəllimin bu sahədə messenatlığı vətənə və dövlətə ən böyük mükafatdır. 

    Əziz Məşhur müəllim, 60 illik yubileyiniz tarixi günlərə təsadüf edir. 100 il bundan əvvəl Azərbaycanın tarixi torpaqlarında sifarişlə yaradılan bədnam  muxtar qurum, nəhayət, 2023-cü ildə ləğv edildi və Vətənimiz Azərbaycan bütövləşdi.

    Mən əminəm ki, bundan sonra da Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi dövlətimizin çiçəklənməsi üçün, Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daxili və xarici siyasətinin həyata keçirilməsində əqidəli vətəndaş, fəal millət vəkili kimi öndə olacaqsınız.

    Doğum gününüz mübarək!

     

    Musa Qasımlı, 

    Millət vəkili, professor,

    Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini

    İlk növbədə dəyərli həmkarım Məşhur Məmmədovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram. Məşhur müəllim haqqında çox danışmaq olar. Hesab edirəm ki, ilk növbədə məşhur müəllim bir millət vəkili olaraq seçicilərinin ümidlərini doğrultmuş bir şəxsdir. O parlamentin komitə və plenar məclislərində qanun layihələrinin müzakirəsi zamanı fəal çıxış edir. Daim seçicilərinin yanındadır. Hər ay bir neçə dəfə rayonda olaraq qəbullar keçirir, vətəndaşların arzu və istəklərini dinləyib, onlara yardımçı olur. Eyni zamanda vətəndaşların arzu və istəklərini parlament tribunasından səsləndirir. 

    Hesab edirəm ki, Məşhur müəllimin ən böyük xidməti cəhalətə, xurafata, radikalizmə qarşı mübarizə ilə bağlıdır. Onun ali məktəblərdə təhsil alan Masallıdan olan qız övladlarımızın təhsil haqqının ödənilməsi, təqaüd verilməsi ilə bağlı məsələlərin həllində gördüyü işlər çox böyük önəm daşıyır. Onun əhəmiyyəti bir neçə ildən sonra aydın şəkildə görünəcək. Məktəb binalarının, bağçaların tikintisi, şəhidlərin xatirəsinə abidə kompleksin inşa edilməsi və digər bu kimi məsələlər Məşhur müəllimin böyük ürək sahibi olmasını göstərir. Nəhayət Məşhur müəllimin sadəliyini, səmimiliyini, sakit davranışını qeyd etmək istəyirəm. O özünün həlim, mülayim xasiyyəti ilə bir nümunədir. Sonda dərin hörmət bəslədiyim Məşhur müəllimə möhköm sansağlığı və uğurlar arzu edirəm

     

    Rəşad Mahmudov,

    Millət vəkili, professor,

    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

    Çox dəyərli insan, əziz dostum Məşhur müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Məşhur müəllim geridə buraxmış olduğu 60 illik şərəfli yaşında bir insanın arzuladığı və xəyal etdiyi bir çox şeyə nail olub. Respublikamız müstəqillik qazandığı ilk illərdə onun bir iş adamı kimi ölkə iqtisadiyyatına verdiyi töhfələr, ölkəmizi dünyaya tanıtma yönündə görmüş olduğu işlər çox dəyərli idi. Son illər siyasi fəaliyyətə başladıqdan sonra da iş adamı olduğu illərdəki kimi öz xüsusiyyəti ilə fərqlənən bir millət vəkili olaraq iz buraxdı. Düşünürəm ki, həm seçicilərinə qarşı olan münasibəti, həm də bir millət vəkili kimi vətəni qarşısında olan məsuliyəti dərindən dərk edən və onu günlük həyatında əmələ çevirən bir şəxsiyyət kimi tanınır. Ən böyük arzum bundan sonrakı həyat fəaliyyətində də , başlamış olduğu ictimai-siyasi fəaliyyətini ən yüksək səviyədə həyata keçirmək nəsibi olsun. Ona bundan sonrakı həyatında da sağlam, uzun, mənalı və təhlükəsiz ömür arzu edirəm. Arzu edirəm ki, hər zaman özü, ailəsi, sevdikləri daxil olmaqla Azərbaycanımız bu gün olduğu kimi məsud və müzəffər olsun.

     Əli Məsimli,

    Millət vəkili,

    Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

    Məşhur müəllim, sizi əlamətdar DOĞUM GÜNÜ – 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Yubiley yaşınız hər cəhətdən düşərli, canınız sağ, işləriniz avand, uğurlarınız bol və davamlı olsun!

     

    Hicran Hüseynova,

    Millət vəkili, professor

    Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri 

    Deputat həmkarımı əlamətdar yubileyi münasibəti ilə təbrik edirəm. Məşhur Məmmədov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, bir vətəndaş, ziyalı kimi cəmiyyətimizin inkişafına öz töhfələrini verir.  Ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıram.

     

    Kamilə Əliyeva, 

    Milli Məclisin deputatı, 

    Bakı Dövlət Universitetinin "Genetika" kafedrasının müdiri, biologiya elmləri doktoru, professor

    4 oktyabr tarixində çox hörmətli, dəyərli həmkarımız Məşhur Məmmədovun 60 yaşı tamam olur. Məşhur müəllim dövlətimizə, Prezidentimizə, xalqımıza sədaqətli, çox nəcib və xeyirxah insandır. Eləcə də o hər bir kəsə çox diqqətlə yanaşmağı ilə də seçilir. Hər birimiz onu bu müddət ərzində belə tanımışıq. Bu xüsusiyyətlərinə görə Məşhur müəllim həm deputat həmkarları, həm də seçiciləri tərəfindən sevilir və ona hörmətlə yanaşılır. Milli Məclisin plenar və üzv olduğu komitə iclaslarında da dəyərli təkliflərlə çıxış edir və müsbət qarşılanır. 

    Məşhur Məmmədov siyasi ictimai xadim olmaqla yanaşı, həm də sadə, təvazökar, vətənpərvər və xeyriyyəçi bir insandır. 

    Dəyərli həmkarımızı yubileyi münasibətilə ürəkdən təbrik edir, ən əsası möhkəm cansağlığı, uzun, sağlam ömür, xoşbəxt həyat, ailə səadəti, fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.

     

    Məlahət İbrahimli,

    Millət vəkili,

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini

    Bu gün hörmətli həmkarımız Məşhur Məmmədovun 60 illik yubileyidir. Öncə onu təbrik edir, cansağlığı, uzun ömür, dövlətimizin qanunverici hakimiyyətinin güclənməsi yolunda yorulmaz fəaliyyət arzulayıram. Məşhur müəllimi hələ millət vəkili seçilməzdən öncə də tanıyırdım. Belə ki, o bir iş adamı, sahibkar kimi həyata keçirdiyi layihələr onu cəmiyyətdə tanıtdırırdı və bu fəaliyyəti də təkcə iş adamı, sahibkar kimi deyil, həm də ictimayətçi kimi özünə diqqət cəlb etmişdir. Bu gün o ona etimad göstərmiş seçicilərə çox diqqətlə yanaşır. Onların qayğılarının, problemlərinin həll olunmasında öz bütün imkanlarından istifadə edir. Bir daha Məşhur müəllimi 60 illik yubileyi münasibəti təbrik edirəm. Ona uğurlar arzu edirəm.

     

    Fazil Mustafa,

    Millət vəkili, 

    Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini

    Məşhur Müəllim Azərbaycanda uğurlu iş adamlarından biri kimi tanınır. Sonradan isə siyasi arenaya gələrək, seçicilərin etimadını qazanaraq qanunverici orqana seçilib. Bütövlükdə bir millət vəkili kimi, həm də bu sahədə vaxtı ilə fəaliyyət göstərmiş peşəkar iş adamı kimi çox nüfuzlu şəxsiyyətdir. Xüsusilə də Azərbaycanın cənub bölgəsində gördüyü xeyirxah əməllərə görə böyük nüfuz qazanıb. Məşhur müəllimin ən böyük keyfiyyətlərindən biri onun maarifçi ziyalı olmasıdır. Yəni bunun da ən ciddi nümunələrindən biri bölgədə məktəblərin, bağçaların tikilməsi, təmiri və eyni zamanda bir sıra maarifpərvər ziyalıların irsinin araşdırılması istiqamətində gördüyü işlərdir. Xüsusilə də Teymur Bəy Bayraməlibəyov adlı Azərbaycanın cənub bölgəsində çox böyük işlər görmüş ziyalımızın irsinin araşdırılması, onunla bağlı sənədli filmin çəkilməsi, adına orta məktəbin verilməsi, məktəbin qarşısında büstünün qoyulması və 160 illik yubileyinin keçirilməsi Məşhur müəllimin nə qədər maarifçiliyə önəm verdiyini göstərən keyfiyyətlərdən biridir. Ona görə də bu cür ziyalılarımız həm də bölgədə təhsilin inkişafına xüsusi önəm verdiklərini, bu istiqamətdə xeyli praktik işlər gördüklərini dəfələrlə göstərməyə çalışırlar. Hesab edirəm ki, Məşhur müəllim kimi insanların sayəsində cəhalətə, savadsızlığa qarşı ciddi mübarizə aparılır, insanlar da görülən işlərin nə qədər faydalı olduğunu özləri də vurğulayırlar. 

    Eyni zamanda Məşhur müəllim Parlamentlərarası dostluq qrupunda da böyük işlər görür. Qarabağda gedən müharibə dönəmində də ordumuza çox böyük dəstəyi ilə seçilən insanlardan, ictimai xadimlərdən biri idi. Hesab edirəm ki, onun Azərbaycan cəmiyyəti qarşısında öz borcunu ləyaqətlə yerinə yetirən vətəndaş obrazı yaratdığını birmənalı şəkildə söyləmək olar. Mən Məşhur müəllimi doğum günü münasibətilə təbrik edirəm. 60 illik ömrünün nə qədər mənalı olduğunu gördüyü işlər ortaya qoyur. Əminəm ki, bundan sonra da nə qədər ki, Allahın verdiyi ömür var onu da xalqının və dövlətin rifahına sərf edəcək.

     

    Aydın Mirzəzadə,

    Millət vəkili

    Məşhur müəllimi əvvələr qiyabi tanıyırdım. Mətbuatda fəaliyyəti, sahibkarlıqla bağlı həyata keçirdiyi layihələrlə bağlı məlumatlı idim. Həm doğulduğu rayonun, həm də ölkə üzrə çox böyük işlər gördüyü barədə məlumatım var idi. Konkret olaraq isə onu 2020-ci ildə Parlamentə deputat seçiləndən sonra tanıdım. Tədbirlərdə söhbətlərimiz oldu, Milli Məclisin iclaslarında onun çıxışlarını dinlədim və məndə onun haqqında həyat təcrübəsi olan, gördüyü problemin həlli üçün konkret təkliflər verən bir insan təsuratı bağışladı. Eyni zamanda dövlətçilik məsələləri üzrə onun qətiləşmiş, vətənpərvər mövqeyi vardır. Bilirəm ki, seçildiyi Masallı şəhəri üzrə çox ciddi işləyir. Seçicilərini qəbul edir. Onların problemlərini həll edir. İmkanlarına söykənərək bir çox xeyirxah işlər görülür. Masallıda hər hansı bir sosial problemi olan adam asanlıqla ona müraciət edib, probleminin həllinə nail ola bilir. Münasibətlərdə də olduqca təvazükar, mehriban, təmkinli bir insan təsuratı bağışlayır. Onunla söhbət etmək, səfərlərdə olmaq, hər hansı məsələni müzakirə etmək həmişə xoş olubdur. Mən onu yubileyi münasibətilə təbrik edir, ona seçiciləri, doğulduğu bölgə, ölkə üçün etdiyi böyük fəaliyyətlərə görə təşəkkür edirəm. Məşhur müəllim fəaliyyətilə, həyatı ilə dəyərli bir Azərbaycanlı obrazı yarada bilib. Yubileyini təbrik edir, ona cansağılğı, gələcək fəaliyyətində uğurlar arzu edirəm.

     

    Razi Nurullayev,

    Millət vəkili

    Məşhur müəllim həm deputat, həm də bir dost kimi çox dəyərlidir. İnsan var söz ustasıdır, danışır, coşub-daşır, amma görüntü üçün. Məşhur müəllim isə bütövlükdə hərtərəfli həm söz xəzinəsi, həm də dolu bir boxçadır. Ürəyi vətən üçün, dövlət üçün döyünür. O paylaşmağı bacaran bir şəxsiyyətdir. Paylaşmağı bacarmaq isə böyük dəyərdir.

    Mən əziz dostum, Məşhur müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uzun ömür arzulayıram. O, bu həyatda hər şeyin gözəlinə layiqdir.

     

    İqbal Məmmədov,

    Millət vəkili

    Məhşur müəllim deputat seçilənə kimi gördüyü xeyirxah işlərlə Azərbaycan ictimayətində böyük hörmət qazanmışdı. Bunun nəticəsi olaraq Masallı şəhər seçicilərinin etimadın qazanaraq millət vəkili seçilmişdir. Deputat seçildiyi üç il ərzində rayon sakinləri ilə daha sıx təmasda olur, onların problemlərinin həllinə köməklik göstərir. Son illər Masallı rayonundan olan qızların Ali təhsil ocaqlarının pedaqoji təhsilə üz tutmaları Məşhur müəllimn adı ilə bağlıdır.  Belə ki, onun təşəbbüsü və maddi dəstəyi ilə yaradılan “Masallı Təhsil Fondu” Ali məktəblərdə ödənişli əsaslarla pedaqoji təhsil alan qızların təhsil xərclərini ödəyir, əlaçı tələbələrə təqaüdlər verir.

    Dəyərli həmkarım Məşhur müəllimi 60 illik yubiley yaşı münasibətilə təbrik edir, ona cansağlığı arzu edirəm.

     

    Ceyhun Məmmədov,

    Millət vəkili

    Milli Məclisin deputatı dəyərli həmkarım Məşhur Məmmədovu 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun və sağlam ömür arzulayıram. Məşhur müəllimi mən ürəyi Vətən sevgisi ilə döyünən, hər zaman seçicilərinin yanında olan, şəhid ailələrinə və qazilərə yüksək diqqəti ilə seçilən millət vəkillərindən biri kimi tanıyıram. Onun seçiciləri ilə davamlı görüşlər keçirməsi, şəhid ailələrini və qaziləri ziyarət etməsi bu fikri bir daha təsdiq edir. 

    Məşhur müəllim həm də təmsil etdiyi bölgəni ləyaqətlə təmsil edən, onun inkişafı üçün səylə çalışan insanlardandır. Masallı ilə bağlı həyata keçirilən tədbir və görüşlər bunun ən bariz nümunələrindəndir. Məşhur müəllim həm də təvazökarlığı və insanpərvərliyi ilə hər zaman seçilir. Bir daha Məşhur müəllimi səmimi-qəlbdən təbrik edir, can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayıram!

     

    Bəhruz Məhərrəmov, 

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Deputat həmkarımız Məşhur Məmmədovu möhtərəm Prezidentin Sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə  “Şöhrət” ordeni ilə təltif edilməsi və 60 illik yubileyi münasibətilə təbrik edir, ona daha güclü Azərbaycan naminə fəaliyyətində uğurlar arzu edirəm. 

    Məşhur müəllim, dəyərli ziyalı, layiqli vətəndaş, mövqeyi aydın olan siyasətçi, ləyaqətli deputat və ən əsası isə ətrafı ilə düzgün münasibət qurmağı bacaran müdrik insandır. Bizim tanışlığımızın uzun tarixi olmasa da, aramızdakı səmimiyyət Milli Məclisə seçildikdən sonra yaransa da, bu 3 il dəyərli həmkarımın nə qədər diqqətcil, qayğıkeş biri olduğunu anlamaq və bunu rahatlıqla ifadə etmək üçün kifayət edir. Özünəməxsus incə yumor hissi, böyüklə böyük, kiçiklə kiçik kimi davranması, çox həssas, çox diqqətcil, eyni zamanda saf, zəngin ruhlu insan olması səbəbindən Məşhur müəllimin xətri hər birimiz üçün əzizdir, özü isə doğmadır. 60 il insan ömrü üçün kiçik bir müddət deyil, amma bu gün görünən mənzərə odur ki, əziz Məşhur müəllim bu ömrün hər dəqiqəsini şərəflə yaşayıb, el-obası üçün faydalı övlad, sədaqətlə bağlı olduğu Heydər Əliyev yolu üçün sədaqətli əsgər olub. Mən əziz həmkarıma Tanrıdan uzun ömür, sağlam can arzu edir,  uğurlarının davamını diləyirəm.

     

    Vüqar İskəndərov,

    Millət vəkili

    Hörmətli Məşhur müəllim Azərbaycan Parlamentinin həm təcrübəli, həm savadlı, milli dəyərlərə malik deputatlarından biridir. Məşhur müəllim ölkəmizin iqtisadi-siyasi, sosial həyatında özünü təsdiq etmiş insanlardan biridir. Qısa vaxt ərzində Parlamentdə özünə hörmət qazandırıb. Çox nüfuzlu, çox sadə, çox təvazükar insandır. Bütün həmkarları, dostları sözün yaxşı mənasında onun hörmətini saxlayırlar. Məşhur müəllimin 60 yaşı olur, ölkə prezidenti də bu əlamətdar günü çox dəyərləndirib, qiymətləndirib, onu “Şöhrət” ordeni ilə təltif edib. Məşhur müəllimi yeni yaşı və orden alması münasibətilə ürəkdən təbrik edirəm. Ən əsas cansağlığı, siyasi fəaliyyətində uğurlar arzu edirəm. Düşünürəm ki, Məşhur müəllim hələ uzun müddət həm seçicilərinin, ona etimad göstərənlərin etimadını doğruldacaq, həm də dövlət qarşısındakı xidmətləri günbəgün daha da artacaqdır. Belə deyək ki, Məşhur müəllimin fəaliyyəti, uğurları hələ qarşıdadır. Bu yolda ona həm şəxsi, həm siyasi fəaliyyətində böyük nəaliyyətlər və uğurlar arzu edirəm. 

     

    Qeyd edək ki, 03.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.


    "Asiya.az" xəbər portalı olaraq ictimai-siyasi xadim, messenat, millətinin həqiqi vəkili olan Məşhur Məmmədovu yubiley yaşı və ölkənin ən ali mükafatlarından sayılan “Şöhrət” ordeni alması münasibətilə təbrik edir, ona uzun, sağlam ömür, ictimai-siyasi fəaliyyətində daim uğur arzulayırıq. 

    Cəfər Cəfərov, 

    Asiya.az xəbər portalının baş redaktoru.

    PAYLAŞ:

    Oxşar xəbərlər