Millət vəkili Məşhur Məmmədovun doğum günüdür - FOTOLAR

Millət vəkili Məşhur Məmmədovun doğum günüdür - FOTOLAR
  • Cəmiyyət / Manşet

  • Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, “Tərəqqi” medallı milllət vəkili Məşhur Məmmədovun doğum günüdür.

    Ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə o, biznes sahəsində parlaq simalardan biriydi. Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri olaraq ölkə iqtisadiyyatının güclənməsində xüsusi yeri olan Məşhur Məmmədov Azərbaycan istehsalı olan mebellərin dünya bazarında tanınmasında böyük xidmətləri olub. Onun təsisçi və baş direktoru olduğu “Embawood” və “Progress Construction” şirkətləri “Made in Azerbaijan” brendi adı altında region ölkərində mebel satışları həyata keçirir.
    Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır. Taleyinə Vətənə və xalqına xidmət etmək missiyası yazılanlar Tanrı tərəfindən sevilən insanlar olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan Məşhur Məmmədov Tanrı tərəfindən ona həvalə olunmuş xeyriyyəçilik missiyasını şərtsiz icra edir və bundan xüsusi zövq alır.

    Məşhur Məmmədov Millət vəkili seçildikdən sonra xalqın, seçicilərinin yanında daha çox olaraq, onların sosial problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.

    Xüsusən sərt karantin və Vətən Müraribəsi günlərində Məşhur Məmmədov öz fəallığı ilə seçilən millət vəkillərindən olub.

    Masallıdan olan şəhid ailələrini və qaziləri hər zaman diqqətdə saxlayan millət vəkili dövlət bayramları və xüsusi günlərdə belə ailələrə baş çəkir, evlərinə sovqat göndərir.
    Məşhur Məmmədovun təşəbbüsü ilə yazıçı-publisist Nurəddin Ədiloğlu Vətən Müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabı yazıb.

    Millət vəkilinin dəstəyi ilə Masallı şəhərinin mərkəzi hissəsində yerləşən “Qəhrəmanlar parkı” əsaslı təmir edilib. Parkda Milli Qəhrəman adı qazanmış üç, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş iki şəhidimizin büstü qoyulub. 1-ci və 2-ci Qarabağ Müharibəsində şəhid olan 242 Masallı şəhidinin mərmər lövhələrə həkk olunmuş şəkilləri abidəyə bərkidilib.

    Əlbəttə ki, sadalananlar vətənpərvər millət vəkilimizin gördüyü işlərin cuzi bir hissəsidir.

    İndi onun xeyirxah işləri həyata keçirməsində iki böyük köməkçisi və davamçısı var. Məntiq Məşhur oğlu Şahbazov və Mədinə Məşhur qızı Şahbazova. Xeyriyyəçiliyi atalarından öyrənən gənc sahibkarlar artıq bu yöndə öz nəcib addımlarını atıblar.
    Beləki Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni istifadəyə verilən 1 saylı uşaq-tərbiyə müəssisəsinin tikilməsini Mədinə Şahbazova reallaşdırıb. Hazırda tikilməkdə olan 140 yerlik körpələr evi-uşaq bağçası isə Məntiq Şahbazovun maddi dəstəyi hesabına başa gələcək.

    Qeyd edək ki, Məşhur Şahbaz oğlu Məmmədov 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olub.
    8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı Kimya-Biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil alıb. Təhsil aldığı müddətdə o vaxtki qaydalara uyğun olaraq Rusiyanın Kirov vilayətində hərbi xidmətdə olub, daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçərək leytenant rütbəsi alıb. Ehtiyatda olan zabitdir.
    Ailəlidir. İki oğlu, iki qızı, dörd nəvəsi var.

    "Asiya.az" xəbər portalının kollektivi olaraq ictimai-siyasi xadim, messenant, əsil millət vəkili, qayğıkeş ailə başçısı olan Məşhur Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlam ömür arzulayırıq.
    Cəfər Cəfərov

    PAYLAŞ:

    Oxşar xəbərlər