Lənkəranda bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı - Ölən şəxs barəsində...

Lənkəranda bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı - Ölən şəxs barəsində...
  • Lənkəran / Hadisə / Araşdırma

  • Ölən şəxs barəsində saxta arayış verməkdə təqsirləndirilən Lənkəran şəhər bələdiyyəsinin sədri Aygün Mirzəyeva vəzifəsindən uzaqlaşdırılıb.

    Aygün Mirzəyevanın sözlərinə görə, rəhbəri olduğu bələdiyyənin fəaliyyəti ilə bağlı Lənkəran prokurorluğu tərəfindən 4 aydır ki, yoxlama aparılır və istintaq yekunlaşmayıb. İstintaqın yekunlaşmasından sonra məsələyə hüquqi qiymət veriləcək. Həmçinin o bildirib ki, Lənkəran rayon Məhkəməsinin qərarı ilə iyun ayında bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
    Qeyd edək ki, Lənkəran şəhər sakini, 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma davam etdirilir.

    Cinayət əməlində ittiham olunan Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən Rəvayət Miriyevanın ölüm faktını gizlətdiyi, təqaüd kartına sahibləndiyi və mərhumun ölümü ilə bağlı saxta arayış verdiyi iddia olunur.//Bizim.media

    PAYLAŞ:

    Oxşar xəbərlər