AQTA Lənkəranda qanunsuz ət kəsiminin qarşısını alıb

AQTA Lənkəranda qanunsuz ət kəsiminin qarşısını alıb
  • Lənkəran / Sosial

  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda fəaliyyət göstərən iki heyvan kəsimi və ət satışı məntəqəsində nöqsan aşkarlayıb.

    Asiya.az xəbər verir ki, rayonun Digah kəndində yerləşən Əhmədov Ramin Firudin oğlu və Şükürov Şahin İnşallah oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrində qanunsuz heyvan kəsimi aşkarlanıb. Məntəqələrin sahibləri barəsində inzibati protokol tərtib edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər