Masallıda ağır yol-nəqliyyat hadisəsi olub, yaralanan var - FOTO

Masallıda ağır yol-nəqliyyat hadisəsi olub, yaralanan var - FOTO
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonu Ərkivan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

    Asiya.az
    xəbər verir ki, hadisə ötən axşam saat 23:45 radələrində Ərkivan-Boradigah yolunda "Şahin market"-in yaxınlığında olub.

    İki "Mercedes" və bir "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində yaranan hadisə zamanı "Mercedes A class"-ın sürücüsü Mirheydərov Mirdamət və həmin avtomobilin sərnişini Oruczadə Rizvan bədən xəsarətləri alıblar.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır

    PAYLAŞ:

    Oxşar xəbərlər