
DİN-in mətbuat xidmətindən Asiya.az-a bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub.
Nəticədə "VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və "VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.