İsrailin xəstəxananı bombalaması beynəlxalq miqyasda tənqid hədəfinə çevrilib

İsrailin xəstəxananı bombalaması beynəlxalq miqyasda tənqid hədəfinə çevrilib
  • Manşet / Siyasət

  • İsrailin Qəzzada xəstəxanaya hücum etməsi beynəlxalq miqyasda tənqid hədəfinə çevrilib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzə zolağındakı Əl-Əhli əl-Ərəbi xəstəxanasına hücum nəticəsində yüzlərlə insan həyatını itirib.

    HƏMAS hücumun İsrail tərəfindən törədildiyini iddia etsə də, İsrail buna görə İslami Cihad təşkilatını günahlandırıb.
     
    Təşkilat bu iddianı təkzib edib.

    Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra məsələ ilə bağlı açıqlama verib.

    Qudra İsrailin Qzadahli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə çatdığını bildirib.

    Fələstin Səhiyyə Nazirliyi mövzu ilə bağlı əvvəlki açıqlamasında hücumda ən azı 200 nəfərin öldüyünü bildirmişdi.
     
    Xəstəxanaya edilən hücumdan sonra yaralılar və həyatını itirənlər bölgədəki Əl-Şifa xəstəxanasına aparılıb. Yaralıları müalicə etməyə çalışan həkimlər burada mətbuat konfransı keçiriblər.

    Mətbuat konfransında xəstəxanaya edilən hücumda həyatını itirənlər göstərilib və hücumun miqyası açıqlanıb.

    Hücumda həyatını itirən günahsız körpələr də kürsüyə gətirilib. Körpələrin meyitləri beynəlxalq media qurumlarına nümayiş etdirilib.

    Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Qəzzada Əl-Əhli Baptist Xəstəxanasının İsrail döyüş təyyarələri tərəfindən hədəfə alınmasının "müharibə cinayəti" olduğu bildirilib.

    İsrailin Əl-Ehli Baptist Xəstəxanasını hədəf alması ilə bağlı nazirliyin Facebook hesabından yazılı açıqlama verilib.

    Açıqlamada İsrail döyüş təyyarələrinin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını hədəfə alaraq "müharibə cinayəti" törətdiyi və bunun da insanlıq cinayəti olduğu qeyd edilib.
     
    Qeyd edək ki, amansız hücum dünya liderləri tərəfindən sərt tənqid edilib.
     
    Fransa Prezidenti Emmanuel Makron hücumla bağlı "X" sosial platformasında status paylaşıb.
     
    ABŞ Prezidenti Co Bayden isə bu gün keçiriləcək İordaniya-Misir-Fələstin liderləri ilə görüşünü ləğv edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər