Gənc Tamaşaçılar Teatrında ümummilli liderə həsr olunan tədbir keçiriləcək

Gənc Tamaşaçılar Teatrında ümummilli liderə həsr olunan tədbir keçiriləcək
  • Mədəniyyət

  • Ümumilli lider Heydr Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

    Asiya.az
    xəbər verir ki 27 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçiriləcək 

    Tədbirin rejissoru Əməkdar artist Nicat Kazımovdur. Gecədə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən səsləndirəcəklər. Bundan əlavə Bakı Xoroeqrafiya Akademiyasının tələbələri müxtəlif səpkili rəqslər təqdim edəcəklər.

    Qeyd edək ki, musiqili kompozisiyada teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər