Masallıda "Land Cruiser"dən külli miqdarda narkotik vasitə aşkarlandı

Masallıda "Land Cruiser"dən külli miqdarda narkotik vasitə aşkarlandı
  • Masallı / Hadisə

  • Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi "Land Cruiser" markalı avtomobillə saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər