Vətən müharibəsi iştirakçısından metamfetamin aşkarlandı - FOTO

Vətən müharibəsi iştirakçısından metamfetamin aşkarlandı - FOTO
  • Masallı / Hadisə / Manşet

  • Masallı sakinindən külli miqdarda psixotrop maddə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Həsənli kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Abıyev saxlanılıb.

    Keçirilən baxış zamanı onun üzərindən hazır bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı olan Ruslan Abıyev uzun müddət idi ki, rayon ərazisində Dövlət qeydiyyat nömrəsi olmadan qara VAZ2107 markalı nəqliyat vasitəsi idarə etməsi ilə tanınırdı. 
    PAYLAŞ:

    Oxşar xəbərlər