Masallıda dəhşətli qətl: Ata qızını öldürdü

Masallıda dəhşətli qətl: Ata qızını öldürdü
  • Masallı / Hadisə / Manşet

  • Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.

    Asiya.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

    Araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    07:11

    Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Asiya.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər