Masallı polisi məktəblilərlə maarifləndirici görüş keçirdi - FOTOLAR

Masallı polisi məktəblilərlə maarifləndirici görüş keçirdi - FOTOLAR
  • Masallı / Sosial

  • Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin “ağ ölüm”ün zərərləri barədə məlumatlandırılması məqsədilə Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib. 

    Çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyətin gələcəyi, insanların sağlamlığı üçün yaratdığı problemlərdən, səbəb olduğu faciələrdən danışıb. Bu bəla ilə mübarizədə həyata keçirilən digər tədbirlərlə yanaşı maarifləndirmə işlərinin də böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Daha sonra digər iştirakçıların çıxışları dinlənilib və məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.





    PAYLAŞ:

    Oxşar xəbərlər