Masallıda “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda məktəblilərlə görüş keçirilib

Masallıda “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda məktəblilərlə görüş keçirilib
  • Sosial

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Masallı rayon Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbdə şagirdlərlə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçiriblər.

    Asiya.az
    xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ümumilikdə bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyanın zərərli təsirləri barədə məktəblilərə ətraflı məlumat verib. Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərin bu gün aktual xarakter daşıdığını bildirib və bu istiqamətdə əldə olunan nəticələri diqqətə çatdırıb.

    Şöbə rəisi qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları bu neqativ hala qarşı mübarizədə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər keçirməklə yanaşı, yeniyetmə və gənclərin maariflənməsinə də xüsusi diqqət yetirir.

    Sonra müzakirə edilən mövzular ətrafında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli , Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayon sektorunun müdiri Qoşqar Hətəmov və digərlərinin çıxışları dinlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər