Cəlilabadda 10 tələbə qızılcaya yoluxub

Cəlilabadda 10 tələbə qızılcaya yoluxub
  • Cəlilabad / Sosial

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.

    Asiya.az apa-ya istinadən xəbər verir ki, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb.

    Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.

    Tələbələr, xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.
    Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.
    PAYLAŞ:

    Oxşar xəbərlər