İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
  • Araşdırma / Siyasət

  • Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötür.

    Asiya.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. 
    Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Dövlət başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoyub.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər