Xalq artisti Ramiz Məlik vəfat etdi

Xalq artisti Ramiz Məlik vəfat etdi
  • Mədəniyyət

  • Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik vəfat edib.

    Asiya.az xəbər verir ki, bu barədə ictimai xadim, teleaparıcı Hacı Nuran Hüseynov məlumat verib. 
    Onun sözlərinə görə aktyor bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib.

    Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün Heydər Məscidində baş tutacaq. 

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. 

    Bildirilib ki, Xalq artisti vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər