YAP sabah prezidentliyə namizəd irəli sürəcək

YAP sabah prezidentliyə namizəd irəli sürəcək
  • Siyasət

  • Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

    "Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

    İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

    Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər