Yardımlıda antinarkotik təbliğatı çərçivəsində şagirdlərlə görüş olub - FOTO

Yardımlıda antinarkotik təbliğatı çərçivəsində şagirdlərlə görüş olub - FOTO
  • Yardımlı / Sosial

  • Yardımlı rayonunda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.

    Asiya.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Alçabulaq kənd tam orta məktəbində "Narkomaniya, erkən nikahlar və məişət zorakılığına yox deyək!” mövzusunda keçirilən görüşdə çıxış edən Yardımlı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov, RİH başçısının müavini Əfsanə Məmmədova və digər aidiyyəti qurumların nümayəndələri müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıblar. 

    Sonra tədbir iştirakçılarına erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər