Yardımlıda antinarkotik təbliğatı çərçivəsində görüş keçirildi

Yardımlıda antinarkotik təbliğatı çərçivəsində görüş keçirildi
  • Yardımlı / Sosial

  • Yardımlı rayonunda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.

    Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zevin kənd tam orta məktəbində “Narkomaniyasız gələcək!” mövzusunda keçirilən görüşdə çıxış edən Yardımlı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov, RİH başçısının müavini Əfsanə Məmmədova,
    Rayon Təhsil Sektorunun müdiri Kamal Təhməzov, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev və digərləri müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər