Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər
  • Cəlilabad / Sosial

  • Cəlilabad sakinlərindən qanunsuz saxladıqları odlu silahları təhvil götürülüb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

    Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. 

    Bu istiqamətdə tədbirlər davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər