Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər
  • Masallı / Sosial

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı 2 nəfər rayon sakini - C.Fətullayev və P.Ağayev müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. 

    Bu istiqamətdə tədbirlər davam edtirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər