SDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

SDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
  • Sosial

  • Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

    Asiya.az xəbər verir ki, Universitetin rektoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayaraq, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki, hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Artıq 34 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.
    Rektor onu da diqqətə çatdırdı ki, bir neçə gündən sonra vidalaşacağımız 2023-cü il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunub. O, respublikamızın bu il də, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir çox uğurlara imza atdığını xüsusi vurğuladı. Həmçinin rektor 2023-cü ildə Sumqayıt Dövlət Universitetində görülən işlər və əldə olunan uğurlarla bağlı məlumat verdi. Bildirdi ki, 2024-cü ildə başlıca hədəf keyfiyyətli tədrislə yanaşı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrin məşğulluğunun təmin olunması ilə bağlı olacaq. Belə ki, iki ixtisas üzrə ingilis dilində tədrisə başlanılacaq, tələbə və müəllim mobilliyinə üstünlük veriləcək, universitetlə sənaye müəssisələri  arasında əlaqələr daha da genişlənəcək.
    Rektor Rüfət Əzizov çıxışının sonunda bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik etdi, onlara yeni uğurlar və fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.

    Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, Zəfər Günü, Müstəqilliyin Bərpası Günü, “İlin tələbəsi” münasibətilə keçirilmiş müxtəlif yarış, müsabiqələrdə yer tutmuş qaliblərə Fəxri fərman və dəyərli hədiyyələr təqdim edildi.
    Tədbir bədii hissə ilə davam etdi. Universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri və tələbələrin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.










    PAYLAŞ:

    Oxşar xəbərlər