Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub

Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub
  • Cəlilabad / Sosial

  • Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

    Asiya.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

    Kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

    İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
    Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir. 

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər