"2023 ZƏFƏRİNİN MEMARI İLHAM ƏLİYEVDİR" - Məşhur Məmmədov

"2023 ZƏFƏRİNİN MEMARI İLHAM ƏLİYEVDİR" - Məşhur Məmmədov
  • Cəmiyyət / Araşdırma

  • “2023-cü il bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ulu öndər Heydər Əliyevin 100 illiyi, möhtərəm prezident İlham Əliyevin hakimiyyətinin 20 illiyi dönəmində Azərbaycan Qarabağda suverenliyi tam təmin etdik. Sentyabrda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf bölgədə boz zona təmizləndi. Bu baxımdan 2023 çox tarixi, möhtəşəm bir il oldu”.

    Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Deputatın sözlərinə görə, Azərbaycan bu il bir neçə mötəbər beynəlxalq konfranslara, tədbirlərə ev sahibliyi etməklə də dünya ictimaiyyətinin növbəti dəfə rəğbətini qazanmış oldu. M.Məmmədov hesab edir ki, Azərbaycanda bu il bir sıra islahatlar aparılıb, sosial-iqtisadi cəhətdən inkişaf tempi yüksək olub, sosial təminat sahəsində addımlar atılıb, korrupsiyaya qarşı mübarizə gücləndirilib, idarəetmədə müxtəlif təkmilləşdirmə həyata keçirilib. Millət vəkili ordu quruculuğu, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, müdafiə sahəsində mühüm addımlar atıldığını da vurğulayıb. “Cənab prezident ölkənin bütün sahələrdə inkişafı üçün sərəncam, fərmanlar verib, mədəniyyət xadimlərindən tutmuş bütün sahələr üzrə dövlət qulluqçularına qayğı göstərilib, sahibkarlığın inkişafına dövlət ciddi dəstək verib. Həmçinin, Qarabağa qayıdış, azad edilən ərazilərdə abadlıq – quruculuq, mina təmizləmə sahəsində çoxlu işlər görülüb” – deyə deputat qeyd edib. Məşhur Məmmədov söyləyib ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək: “Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək”. Millət vəkili sonda bildirib ki, 2024-cü ilin sülh ili olacağına ümid edir. Millət vəkili 7 fevral seçkisində hakim partiyanın namizədi İlham Əliyevin qətiyyətli qələbə qazanacağına inanır. Deputat xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər