Bu sual ilə bağlı BAKU.WS-in "qaynar xətti”nə müraciətlər daxil olur.
Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.
"Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.