DSMF-in mətbuat xidmətindən Asiya.az-a verilən məlumata görə, pensiyaların minimum məbləği 1 fevral 2023-cü il tarixindən 240 manatdan 280 manata çatdırılıb.
Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.