Asiya.az xəbər verir ki, Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə və Cəlilabadda təşkil edilən görüşlər növbəti dəfə Naxçıvan, Masallı və Goranboy şəhərlərində baş tutub.
Artıq yüzlərlə gənci əhatə etməyə müvəffəq olan səyyar görüşlər yaradılmış platformalarda gənclərin məlumatlılıq səviyyəsinin artması ilə yanaşı təşkil edilən əyləncəli oyunlarla, intellektual yarışlarla və musiqili çıxışlarla onların asudə vaxtının səmərəli təşkil edilməsinə də səbəb olub.
Naxçıvan, Masallı və Goranboy gəncləri fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlərdə fəal şəkildə iştirak edərək müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.