Gəncin səsi, Gələcəyin səsi! şüarı ilə seçki könüllüləri Gəncə və Cəlilabadda - FOTOLAR

Gəncin səsi, Gələcəyin səsi! şüarı ilə seçki könüllüləri Gəncə və Cəlilabadda - FOTOLAR
  • Cəlilabad / Sosial

  • Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 dekabr tarixindən etibarən seçki könüllülərinin Azərbaycanın bölgələrinə səfəri davam edir.

    Asiya.az xəbər verir ki, avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərin əsas məqsədi bölgələrdə, xüsusilə də kəndlərdə yaşayan gənclərin - 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə səsvermə hüququ olan ölkə vətəndaşlarını seçki proseslərində iştiraka dəvət etmək və fəal şəkildə səsvermə hüququndan istifadəni təşviq etməkdən ibarətdir. 

    Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi hətta bununla yanaşı cəmiyyətin digər təbəqələrini də passiv iştirakçıdan fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. Bunu əsas tutaraq səfərlər zamanı gəncləri gələcəkləri naminə seçki prosesində fəal iştiraka səsləmək və ilk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərə infosessiyalar keçmək Gəncə və Cəlilabad şəhərlərində də təşkil edilən səyyar görüşlərdə əsas prioritet kimi nəzərə alınıb.

    Gənclərlə görüş zamanı maarifləndirmə sessiyaları ilə yanaşı rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edilib.

    Qeyd edək ki, ölkə gənclərini sesvermə hüququndan istifadəyə təşviq edən və daha çox gəncin seçki prosesində fəal iştirakına yönələn görüşlər bu günədək Şirvan, Sabirabad,  Şamaxı, Ağdaş, Ağcabədi və Mingəçevir şəhərlərində baş tutub. 
     

     

     

     

     

     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər