“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatı ölkəmizin müdafiəsi və ABŞ-ın ifşası baxımından önəmlidir”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatı ölkəmizin müdafiəsi və  ABŞ-ın ifşası baxımından önəmlidir”
  • Siyasət

  • “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatı ölkəmizin müdafiəsi və  ABŞ-ın ifşası baxımından  önəmlidir”.
     
    Asiya.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bəyanatda Azərbaycanın haqlı mövqeyi müdafiə olunmaqla yanaşı, ABŞ-da dini dözümsüzlüklə bağlı mövcud vəziyyət də faktlar əsasında ifşa edilib:
     
    “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında Azərbaycanda dini etiqad azadlığının pozulmadığı, ölkəmizə yönəlik bu ittihamların tamamilə əsassız və qərəzli olduğu öz əksini tapıb. Haqlı olaraq vurğulanıb ki, ABŞ-ın Azərbaycanla bağlı təqdim etdiyi məlumatlar absurddur və mövcud reallıqlarla tam bir ziddiyyət təşkil edir.

    Bəyanatda önəmli məqamlardan biri də Azərbaycanı dini etiqad azadlğının pozulmasında ittiham edən ABŞ-ın özünün faktlar əsasında ifşa edilməsidir. Bəyanatda qeyd olunur ki, “2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də, 2022-ci ildə 6720 müsəlman dini ayrı-seçkiliyə məruz qalıb”.
     
    Bu statistika dini etiqad azadlığının kütləvi şəkildə pozulduğu ABŞ-ın öz gözündə tiri görməyib özgə gözlərdə tük axtardığnı göstərir.  
     
    Hesab edirəm ki, ABŞ-da dini zəmində törədilən cinayətlərin çoxluğu bu ölkədə dini dözümsüzlüyün ən böyük isbatıdır. Yaxşı olardı ki, Amerika hökuməti Azərbaycana qara yaxmaqdansa, dini etiqad azadlığı ilə bağlı ölkələrindəki problemləri həll etsin”.
    Seymur ƏLİYEV
    PAYLAŞ:

    Oxşar xəbərlər