Kuryeri öldürən Somali prezidentinin oğluna hökm çıxarıldı

Kuryeri öldürən Somali prezidentinin oğluna hökm çıxarıldı
  • Hadisə

  • İstanbulda motosiklet sürücüsü Yunus Emre Göçerin ölümünə səbəb olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Məhəmmədə verilən 2 il 6 ay cəza 27300 lirəlik məhkəmə cəriməsinə çevrilib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Fatih qəsəbəsində Somali Prezidenti Həsən Şeyh Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Məhəmməd motosiklet sürücüsü Yunus Emre Göçeri arxadan vurub.

    Ağır yaralanan Göçer 6 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qəzadan sonra ifadəsi alındıqdan sonra sərbəst buraxılan Şex Mahmudun xaricə qaçdığı müəyyən edilib.

    Baş verənlərdən sonra hadisə ilə bağlı tez bir zamanda araşdırma başladılıb. Bu çərçivədə Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Məhəmmədin məhkəməsi başlayıb.

    İstanbul 33-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Yunus Emre Göçerin atası Metin Göçer iştirak edib. İclasda təqsirləndirilən şəxsin vəkilləri də iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər