Azərbaycanda ən yaşlı və ən gənc vəkil qadındır

Azərbaycanda ən yaşlı və ən gənc vəkil qadındır
  • Maraqlı

  • Azərbaycanda 87 yaşlı vəkil Səttarova Türrə Əhəd qızı ən yaşlı, 24 yaşlı Məmmədova Nuranə Asif qızı isə ən gənc vəkildir.

    Asiya.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib.

    Bildirilib ki, hazırda Azərbaycanda 2 431 vəkil fəaliyyət göstərir. Onlardan 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1 976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

    Eyni zamanda ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər