İnsan maksimum neçə il yaşaya bilər? – ARAŞDIRMA

İnsan maksimum neçə il yaşaya bilər? – ARAŞDIRMA
  • Maraqlı

  • Alimlər kişi və qadınların yaşaya biləcəyi maksimum yaşı dəqiq müəyyənləşdirə biliblər.

    Asiya.az xəbər verir ki, Hollandiyada aparılan araşdırmaya görə, kişi və qadınların maksimum neçə il yaşaya biləcəyi müəyyən edilib.

    Hollandiyada 75.000 ölü insandan alınan məlumatlara görə, qadınların ən çox 115,7 il, kişilərin isə daha az, 114,1 il sağ qaldığı məlum olub.

    Yaşayan ən yaşlı insan üzrə dünya rekordçusu, rəsmi məlumatlara görə, 1875-ci ildə anadan olub və 1997-ci ildə 122 yaşında vəfat edib.

    Qeyd edək ki, Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər. Azərbaycanın ən uzunömürlü sakini Ginnesin rekordlar kitabına daxil edilən Lerik rayon sakini Şirəli Müslümov 168 il yaşayıb. 

    2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.
    PAYLAŞ:

    Oxşar xəbərlər