Ələt-Astara yolunda təhlükə yaradan "DAF" sürücüsü cərimələnib

Ələt-Astara yolunda təhlükə yaradan "DAF" sürücüsü cərimələnib
  • Sosial

  • Yolda təhlükə yaradan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Asiya.az-a verilən xəbərə görə, "DAF" markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsünün Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri etməsi və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratması barədə Baş DYP İdarəsinin 050-8000-902 “whatsapp” nömrəsinə daxil olmuş məlumat əsasında araşdırma başladılıb.

    Daha sonra qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün Salyan rayon məhkəməsinə göndərilib.
    Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər