Masallıda 20 yanvar şəhidləri anıldı - FOTOLAR

Masallıda 20 yanvar şəhidləri anıldı - FOTOLAR
  • Masallı / Sosial

  • 20 yanvar 2024-cü il tarixdə Masallı rayonunda şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edilib.

    Asiya.az xəbər verir ki, Masallı şəhər “Qəhrəmanlar parkı-Şəhidlər abidə kompleksi”ndə 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
    Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları,  ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə-tər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.

    Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.










    PAYLAŞ:

    Oxşar xəbərlər