Masallıda 20 Yanvar şəhidləri anıldı – VİDEO/FOTOLAR

Masallıda 20 Yanvar şəhidləri anıldı – VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma

  • 20 Yanvar 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Masallı şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda anıldı.

    Asiya TV xəbər verir ki, Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

    Ölkənin hər yerində olduğu kimi Masallı rayonu ərazisində də saat 12-də bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edilib, nəqliyyat vasitələri səs siqnalları veriblər.
    Hava şəraitinin əlverişsiz, qarlı olmasına baxmayaraq Masallı sakinləri dəstə-dəstə gələrək anım guşəsini ziyarət edib, şəhid ruhlarının qarşısında baş əyiblər.
    FOTOLAR Elsevər Əliyevə aiddir:
















    PAYLAŞ:

    Oxşar xəbərlər