Lənkəranda şəhid Rövşən Bədəlovun anım günü qeyd olunub - FOTO

Lənkəranda şəhid Rövşən Bədəlovun anım günü qeyd olunub - FOTO
  • Lənkəran / Sosial

  • Lənkəranda, qanlı 20 Yanvar faciəsinə şahidlik edən, şəhid Rövşən Bədəlovun anım günü qeyd olunub.

    Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbində Azərbaycan tarixinə "Qanlı və şanlı  20 Yanvar" tarixi kimi düşən və  bu qanlı faciəyə şahidlik edən, ən müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalan elimizin vətənpərvər oğlu    
    Rövşən Seyfulla oğlu Bədəlovun "Anım Günü" nə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru  Bəxtiyar İbayev  və tədbirdə iştirak edən digər  fəxri qonaqlar çıxış edərək   istiqlaliyyət yolunun zirvəsi olan  qanlı 20 Yanvar faciəsinin yaddaşlardan heç vaxt silinməyəcəyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə qazandığımız  zəfərlə həmin qanlı faciə qurbanlarının qisasının alındığını vurğulanıb. Sonda məktəbin şagirdləri hazırladıqları ədəbi - bədii kompozisiya ilə  xalqımızın azadlıq üsyanı olan 20 Yanvar hadisələrini  , Rövşən Bədəlovun parlaq həyat və örnək döyüş yolunu  işıqlandırdılar. 

    Bir oğul tanıyıram mərd, ucaboy, gen sinə...
    Bir oğul tanıyıram , bir oğul deyirəm sənə...
    Rövşən Seyfulla oğlu Bədəlov !
    Biz fəxr edirik ki, məktəbimiz Rövşən kimi qəhrəman oğulun adını daşıyır!





    PAYLAŞ:

    Oxşar xəbərlər