Masallı ictimayətinə ağır itki

Masallı ictimayətinə ağır itki
  • Masallı / Cəmiyyət / Manşet

  • Cənub bölgəsində ilk video studiyalardan sayılan “NUR”-un yaradıcısı 1949-cu il təvəllüdlü Elnur Kamil oğlu Nurullayev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

    Asiya.az xəbər verir ki, Elnur Nurullayevin rəhbərlik etdiyi studiya el şənliklərini, toyları lentə almaqla yanaşı həmdə rayon miqyaslı rəsmi tədbirlərin çəkilişini edib. "NUR" studiyasının 90-cı illəri əhatə edən çox zəngin arxivi var. 

    Elnur Kamiloğlunun rejissor-operatoru olduğu “Masallı XX əsrdə”, “Seyid Sadiq dünyası” və digər sənədli filmlər televiziyaların dəstəyi olmadan çəkilən ilk sənədli filmlərdən sayılır.

    Mərhumla vida mərasimi bu gün Masallı şəhərində yaşadığı evdə olacaq. 
    Allah rəhmət etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər