Cəlilabadda 14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - VİDEO

Cəlilabadda 14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - VİDEO
  • Cəlilabad / Sosial

  • Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər.

    Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərlərində problem olub:

    "Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. Üç mindən çox pul xərcləndi. Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərlərində problem var”.

    Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub.

    Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı Baku TV-nin süjetində:
     
    PAYLAŞ:

    Oxşar xəbərlər