Lənkəranda 3 qadın dəm qazından zəhərlənib

Lənkəranda 3 qadın dəm qazından zəhərlənib
  • Sosial

  • Lənkəranda dəm qazından zəhərlənmə baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə dəm qazından zəhərlənmələr ayrı - ayrı ünvanlarda qeydə alınıb. Dəm qazından zəhərlənmədən biri şəhərin Zərifə Əliyeva küçəsində baş verib. 1964 - cü il təvəllüdlü Nayibə Bilal qızı İbrahimova və onun qızı 2003 cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından zəhərləniblər. Digər bir fakt isə rayonunun Şirinsu qəsəbəsində qeydə alınıb. Kənd sakini 1987 - ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva hamam otağında dəm qazından zəhərlənib. Hər üç şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.
    Faktlarla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər