Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.
Qeyd edək ki, Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.
İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında yeddi doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, yeddi imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.