Məşhur Məmmədov: “Türk dövlətlərinin liderləri Şuşaya toplaşır, möhtəşəm qərardır”

Məşhur Məmmədov: “Türk dövlətlərinin liderləri Şuşaya toplaşır, möhtəşəm qərardır”
  • Siyasət

  • “Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısının bu ilin iyulunda Şuşada keçirilməsi barədə qərar möhtəşəm bir addımdır. Türk dövlətlərinin liderləri, həmçinin, müşahidəçi statusunda olan Macarıstan baş naziri azad edilmiş Şuşaya səfər edəcəklər. Bu, cənab prezidentin təbirincə desək, işğalçıların tabutuna vurulmuş son mismardır. Vaxtilə qondarma parlamenti Şuşadakı binaya köçürmək istəyən düşmən qüvvələrinin arzusu ürəyində qaldı. Bu gün isə əziz Şuşa mötəbər bir tədbirə ev sahibliyi edəcək”.

    Asiya.az xəbər verir ki, bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov qeyd edib. Deputatın sözlərinə görə, TDT zirvəsi azad olunmuş türk eli Şuşada, Qarabağda təşkil olunmaqla dünyaya bir mesaj veriləcək. M.Məmmədov hesab edir ki, bu təşkilatın genişlənməsi, inkişafı zamanın tələbidir, geosiyasi reallıqlar kontekstində labüddür. Millət vəkilinin sözlərinə görə, Turan ideyasının gerçəkləşməsi məhz TDT platformasında mümkündür. “Turan həm siyasi, həm iqtisadi ideyadır. Bu gün türk dövlətlərinin birliyi üçün unikal fürsət yaranıb. Düşünürəm ki, Şuşada keçiriləcək zirvə toplantısı təşkilatın işinin effektivliyi üçün növbəti bir imkan olacaq. Türkiyə və Azərbaycan bu təşkilatın inkişafında əsas pay sahibidirlər. Cənab prezident və cənab Ərdoğan Turan ideyasını həyata keçirməkdədirlər. Bu gün regionumuzda, dünyada cərəyan edən proseslər fonunda bizim birliyimizı daha da böyük ehtiyac yaranır. Hətta bu təşkilatın vahid hərbi bloku da yaradıla bilər. Necə ki, NATO, KTMT kimi hərbi birliklər mövcuddur, Turan ordusu da yaradıla bilər” – deyə deputat vurğulayıb.
    Deputat hesab edir ki, TDT-nin güclü, sayılıb-seçilən, beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı rola malik olması üçün qəbul etdiyi qərarları icra etməsi vacib şərtlərdəndir: “Bu kimi tələblər ödəniləcəyi, tarixi hadisələrdən ibrət alınacağı halda XXI əsr gerçəkdən Türk əsri ola bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər