"Novruz bayramı ərəfəsində əfv sərəncamının olması real görünmür" - Əliməmməd Nuriyev

"Novruz bayramı ərəfəsində əfv sərəncamının olması real görünmür"  - Əliməmməd Nuriyev
  • Manşet / Sosial

  • "Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı olacaq. Bu, daha çox əfv sərəncamlarının məhz cənab prezident tərəfindən Novruz ərəfəsində imzalanması ilə bağlıdır. Lakin ötən il əfv sərəncamı Ulu öndər Heydər Əliyevin doğum günündə imzalanmışdı. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 800-dən artıq məhkuma şamil edilmişdi. Ondan əvvəlki illərdə isə demokratik cumhuriyyətin yaradılmasının 100 illiyi ilə əlaqədar əfv sərəncamı olmuşdu".

    Asiya.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

    O əlavə edib ki, ötən il may ayında böyük əfv sərəncamını nəzərə alsaq, yaxın günlərdə və Novruz bayramı ərəfəsində əfv sərəncamının olması real görünmür:
    "Lakin bunu da nəzərə almaq lazımıdr ki, sərəncamı hansı vaxtda imzalamaq və kimləri əfv etmək ölkə başçısının konstitutsiya hüququdur. Əfv Komissiyasının katibliyi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektoru daima fəaliyyətdədir və bütün daxil olan arayışları emal edir, müvafiq araşyışlar hazırlayır. Arayışlar hazır olduqdan sonra komissiyanın sədri Samir Nuriyevə təqdim olunacaq. Bundan sonra uyğun zamanda Əfv Komissiyasının iclası olacaq". 
    PAYLAŞ:

    Oxşar xəbərlər