Viləşçay su anbarında təmir işləri görülür – VİDEO/FOTOLAR

Viləşçay su anbarında təmir işləri görülür – VİDEO/FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi Viləşçay Su Anbar İstismarı İdarəsinin texnika və işçi qüvvəsi vasitəsilə Viləşşay su anbarında cari təmir işləri görülür.

    Asiya.az xəbər verir ki, Viləşçay su anbarının qəza kanalının su aşıran divarında uzun illərdən bəri aşınma nəticəsində divar dağılmışdı. Divarın dağılması nəticəsində su anbarına maksimum su yığmaq mümkün olmurdu. 

    İdarədən verilən məlumata görə bu il zəruriyət yaranıb ki, həmin divar təmir edilsin. Bu səbəbdən ümumi uzunluğu 850 metr olan qəza kanalının 350 metr hissəsində təmir işlərinin görülməsi nəzərdə tutulub.

    Hazırda üç seksiyada 150 metr məsafədə armo karkas qurularaq betonlama işləri icra edilib. Təmir edilən divarın hər paqon metrəsinə 1 kub metrdən artıq beton sərf edilir. 
    Bundan əlavə su anbarın ərazisi kol-kosdan təmizlənərək, abadlıq işləri görülüb. Qəza kanalının üstündən keçən körpüyə yeni məhəccər quraşdırılıb.







    PAYLAŞ:

    Oxşar xəbərlər