Masallıda iki "Mercedes" toqquşdu - Yaralılar var

Masallıda iki "Mercedes" toqquşdu - Yaralılar var
  • Masallı / Hadisə

  • Masallıda yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə Lənkəran - Boradigah - Masallı magistralının Boradigah kəndi ərazisində baş verib. Masallı rayonunun Hişkədərə kənd sakini 1973 - cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı 99 GG 393 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1992 - ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı 44 CK 316 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşma nəticəsində 44 CK 316 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü N.Məmmədov və həmin maşında sərnişin qismində olan  Masallı rayonunun Türkoba kənd sakini 1984 cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər