Yardımlı təhsil sektorunun müdiri avtomobil qəzasına düşdü - FOTOLAR (YENİLƏNİB)

Yardımlı təhsil sektorunun müdiri avtomobil qəzasına düşdü - FOTOLAR (YENİLƏNİB)
  • Yardımlı / Masallı / Araşdırma / Sosial

  • Masallıda baş verən qəzada xəsarət alanların adları məlum olub.


    Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan yaralılar bunlardır: 

    1. 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, sol çiyin çıxığı və sol bazu sınığı,

    2. 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, döş qəfəsi əziyi,

    3. 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, döş qəfəsi əziyi,

    4. 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, döş qəfəsi əziyi, sol çanaq əziyi,

    5. 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, döş qəfəsi əziyi,

    6. 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli, sol aşıq baldır əziyi,

    7. 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzli, bud sümüyünün sınığı diaqnozu.

    Xəsarət alanların vəziyyəti sabitdir.
    ***

    18:27
    Köhnə Ələt - Astara magistralının Masallı rayonu ərazisində keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə məlumat vermişdik.

    Asiya.az-ın əldə etdiyi məlumata əsasən qəzanı törədən sürücülərdən biri Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı sektorunun müdiri Kamal Təhməzovdur.

    Masallı Rayon Mərkəzi Xəstaxanasının direktoru İlqar Ramizoğlunun Asiya.az-a verdiyi məlumata görə Kamal Təhməzov da daxil olmaqla qəzada müxtəlif bədən xəsarətləri alan 7 nəfər hazırda xəstəxanada müayinə və müalicələri davam etdirilir. 

    DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini Kamal Təhməzovun idarə etdiyi 99GS241 dövlət nömrə nişanlı 
    "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi 10MO314 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.
    Faktla bağlı araşdırma aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər