Əsədulla Cəfərov - 75

Əsədulla Cəfərov - 75
  • Masallı / Cəmiyyət / Manşet

  • Bu gün Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov 75 illik yubiley yaşını qeyd edir.

    Asiya.az
    xəbər verir ki, Əsədulla Qüdrət oğlu Cəfərov 14 mart 1949-cu ildə Masallı rayonu, Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində dünyaya göz açıb.

    1966-cı ildə Ərkivanın məşhur "Ağ məktəb"-inin məzunu olub.
    1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olub. 1973-cü ildə həmin universitetin məzunu olub.
    1968-70-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində çalışıb.
    1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyir.
    1973-74-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
    1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib.
    1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya və Etnoqrafiya institutunda “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.
    1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
    1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını alıb.
    1992-ci ildə dekabrın 25-də Azərbaycan EA Tarix İnstitutunda Elmi Şurasında “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edib.
    1999-cu ildə Masallı Rayon İcra Hakimiyyəti Tarix elminin inkişafındakı xidmətlərimə görə Əsədulla Cəfərovu “Qələbə” fondunun mükafatına layiq görüb.
    2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilmiş və qrant almışdır.
    2001-ci il və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay birgə elmi tədqiqat işləri aparmış və Qarabağın qədim tarixinə aid elmi məruzələr edib.
    2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” adlı müsabiqənin qalibi olub.
    2015-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığım uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyim xidmətlərə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl Medal” ilə təltif olunmuşdur.
    1979-cu ildə ailə həyatı qurub. 5 övladı, 11 nəvəsi var.
    Bu günə qədər 3 monoqrafiya, 7 kitab və 147 ədəd elmi məqaləsi çap olunub. Qarabağın dünya şöhrətli qədim insan düşərgələri olan Azıx və Tağlar abidələrinin əsas tədqiqatçısıdır
    Əsədulla Cəfərovun apardığı son arxeoloji tədqiqatlar Azərbaycan ərazisində ən qədim insanların 1,5 milyon il əvvəl deyil, 2-2,5 milyon il bundan əvvəl yaşadıqlarını sübut edir.
    Əsədulla Cəfərov Lerik, Lənkəran, Astara, Masallı və Yardımlıda da arxeoloji tədqiqat işləri aparmış, Büzeyir, Zuvandçay (Lerik rayonu) və Alar (Yardımlı rayonu) düşərgələrini-mağaralarını aşkarlayıb, tədqiq etmişdir. Əgər 1985-ci ilədək cənub bölgəsində insanların məskunlaşması tarixi 10-15 min il əvvələ aid edilirdisə, Əsədulla müəllim 1985-ci ildə Büzeyir mağarasını aşkarlayıb, orada əldə edilmiş arxeoloji nümunələri tədqiq etdikdən sonra məlum olmuşdur ki, bu bölgədə insanların məskunlaşma tarixi 100-120 min il əvvələ gedib çıxır.
    Cəfər Cəfərov, 
    Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər