"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - FOTO

"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - FOTO
  • Lənkəran / Hadisə

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.

    Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki "Tiktok" platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.
    Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.
    Faktlarla bağlı araşdırmalar aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər